İran ABŞ-nin ölkəyə hücum etməməsindən sonra cavab zərbələrini DAYANDIRDI

 15:18 26.07.2026     311

İran ABŞ-nin iki gecə ardıcıl olaraq ölkəyə hücum etməməsindən sonra cavab zərbələrini dayandırdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiyanın bazar günü verdiyi məlumata görə, ABŞ-nin hücumları iki gecədir dayandırılıb və buna uyğun olaraq İran da cavab zərbələrini dayandırıb.

"Bu hücumlar srağagün axşama qədər davam edirdi. Lakin son iki gecə ərzində amerikalılar hücumları dayandırıblar", – deyə Məhəmməd Əkrəminiya bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən