Özünü "Amerikanın xilaskarı" və "Sülhün müdafiəçisi" elan etdi

 10:56 27.07.2026     215

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında diqqətçəkən paylaşımlar edərək özünü "Amerikanın xilaskarı" və "Sülhün müdafiəçisi" kimi təqdim edib.

Redaktor.az xəbər verir ki, Tramp "Truth Social" hesabında süni intellekt vasitəsilə hazırlanmış bir neçə şəkil yayımlayıb.

Paylaşımlardan birində Trampın həyatının müxtəlif dövrlərinə aid dörd şəkli yer alıb və üzərində "Amerikanı xilas edən adam" ifadəsi yazılıb.

Digər paylaşımda isə Trampın arxa fonunda İran bayraqları və partlayış təsvirləri əks olunub. Şəklin yuxarı hissəsində "Sülhün Müdafiəçisi" ifadəsi yer alıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən