İran Xəzərdəki hücuma görə Zelenskini ittiham etdi: "Qərb Ukraynaya nəzarət etməlidir"

 12:58 27.07.2026     208

İran Ukrayna Prezidenti Vladimir Zelenskinin fəaliyyətinə görə Qərb ölkələrinin Kiyevə daha çox nəzarət etməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri İsmayıl Bəqayi "Mehr" agentliyinə açıqlamasında deyib.

Bəqayi Xəzər dənizində İran ticarət gəmisinə qarşı həyata keçirilən hücumu şərh edərək bildirib ki, Ukrayna hökumətini dəstəkləyən ölkələr bu cür addımların nəticələrinə görə məsuliyyət daşımalıdır.

Diplomat qeyd edib ki, belə hərəkətlərin nəticələri gözlənilməz ola bilər. Onun sözlərinə görə, Zelenskinin davranışı Birinci Dünya müharibəsi ərəfəsində Avropaya təsir edən təhlükəli addımlar atan anarxistlərin hərəkətlərini xatırladır.

İsmayıl Bəqayi Qərb ölkələrini Ukrayna rəhbərliyinin addımlarına daha ciddi nəzarət etməyə çağırıb. O bildirib ki, Kiyevin bu cür hərəkətləri BMT Nizamnaməsinə ziddir və cavab tədbirləri ilə nəticələnə biləcək təhlükəli addımlardır.

Xatırladaq ki, iyulun 25-də Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə hücum etdiyi bildirilib. Hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi ölüb, daha biri isə yaralanıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Ukraynanın bu addımının cavabsız qalmayacağını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən