Zaxarovadan Starmerə istehza: "Öz parlamentinə deyil, Kiyevə hesabat verdi"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfərini kəskin tənqid edib.
Redaktor.az xəbər verir ki, Zaxarova Starmerin Ukraynaya səfərini Qərb siyasətçilərinin öz xalqları qarşısında deyil, Kiyev rəhbərliyi qarşısında hesabat verməyə üstünlük verməsinin növbəti nümunəsi adlandırıb.
Bildirilib ki, iyulun 16-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Kir Starmer hökumətinin Ukraynaya göstərdiyi dəstəklə bağlı məlumat verib.
Mariya Zaxarova isə bu addımı istehza ilə qarşılayaraq bildirib ki, istefaya hazırlaşan siyasətçilər ilk növbədə öz parlamentləri və vətəndaşları qarşısında hesabat verməlidirlər.
Rusiya XİN sözçüsü bu cür səfərləri "bütlərə sitayiş ritualı" adlandıraraq onların məntiqsiz olduğunu iddia edib. Onun sözlərinə görə, Qərb liderlərinin vəzifə müddətlərinin sonunda Kiyevə səfər etməsi artıq ənənə halını alıb.
Xatırladaq ki, Mariya Zaxarova daha əvvəl də Böyük Britaniyanı Ukraynaya "Gripen" qırıcılarının mümkün tədarükü ilə bağlı xəbərdar etmişdi. Rəsmi Moskva Londonun Kiyevə hərbi dəstəyini münaqişənin uzanmasına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirir.
Aminə ŞAHSUVARQIZI













