Netanyahu Trampla görüşünün gündəliyini AÇIQLADI

 17:38 27.07.2026     257

İsrailin Baş naziri Binyamin Netanyahu qarşıdan gələn Vaşinqton səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Netanyahu bildirib ki, görüş zamanı gündəmdə olan bütün əsas məsələlər, xüsusilə də İran və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

"Trampla görüşmək üçün Vaşinqtona gedirəm. Baş nazir kimi təcrübəm göstərir ki, bu çətin dövrdə böyük qətiyyət və müdrikliklə hərəkət etmək lazımdır. Gündəmdəki bütün məsələləri, xüsusən də İranı müzakirə edəcəyik", - deyə o bildirib.

İsrailin baş naziri daha əvvəl ABŞ-nin İsraildən qoşunlarını Qəzza zolağı, Suriya və Livandan çıxarmağı tələb etdiyini açıqlamışdı. Netanyahu isə Vaşinqtonun bu tələblərinə qarşı çıxmaq niyyətində olduqlarını vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" qəzeti Donald Trampın İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra Binyamin Netanyahudan narazı qaldığını yazmışdı. Nəşrin iddiasına görə, ABŞ Prezidenti köməkçilərinə Netanyahu ilə görüşmək istəmədiyini dəfələrlə bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən