Ukrayna xalqı "dəhşətli beyin yuyulmasının" qurbanı olub - Peskov

 20:44 27.07.2026     338

Ukrayna xalqı "dəhşətli beyin yuyulmasının" qurbanına çevrilib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Ərazi mənalar" forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Ukraynada baş verən hadisələr ölkədaxili proses olmayıb.

"2014-cü ildə Ukraynada çevriliş baş verdi. Bu çevriliş əsasən ölkə daxilindən deyil, kənardan idarə olunurdu. Hamımız bu çevrilişi təşkil edən ölkələrin hansılar olduğunu bilirik", – deyə Peskov bildirib.

Qeyd edək ki, iyulun 17-də Rusiyada uşaq hüquqları üzrə müvəkkil Yana Lantratova Rusiyaya qarşı düşmən münasibəti formalaşdırdığı iddia edilən Ukrayna uşaq komikslərinin aşkar edildiyini açıqlamışdı. Onun sözlərinə görə, döyüş bölgəsindən təxliyə zamanı təxminən 300 kitab çıxarılıb və həmin nəşrlərin uşaqların ideoloji baxımdan yönləndirilməsi məqsədilə istifadə olunduğu iddia edilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də 2023-cü ilin noyabrında bildirmişdi ki, hazırda Rusiyanın nəzarətində olan və əvvəllər Ukraynanın tərkibində olmuş ərazilərin sakinləri uzun illər "yalançı tarixçilər" tərəfindən ideoloji təsirə məruz qalıblar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən