Avropada qazın qiyməti bir gündə 10 faizdən çox ucuzlaşıb

 21:39 27.07.2026     319

Avropada birja ticarətində təbii qazın qiyməti iyulun 27-də kəskin enib.

Redaktor.az xəbər verir ki, bunu "ICE Futures" ticarət platformasının məlumatları göstərir.

Gün ərzində Londonda keçirilən hərraclarda "mavi yanacağın" qiyməti təxminən 10 faiz azalıb. Niderlandın TTF qaz habı üzrə indeksə əsasən, təbii qazın qiyməti min kubmetr üçün 670 dollara düşüb.

Avqust ayı üzrə qaz fyuçersləri ticarətə min kubmetr üçün 697,6 dollar səviyyəsində başlayıb ki, bu da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 6,7 faiz azalma deməkdir. Axşam saatlarına doğru isə eniş 10,4 faizə çatıb. Bundan əvvəlki ticarət günü qiymət min kubmetr üçün 748 dollar səviyyəsində bağlanmışdı.

Qeyd edək ki, Avropada qazın qiyməti martın 2-dən etibarən, ABŞ və İsrailin İrana zərbələr endirməyə başlamasından sonra yüksəlməyə başlamışdı. Qiymətlərin pik həddi min kubmetr üçün 853,7 dollara çatmışdı. Bu artım mayeləşdirilmiş təbii qazın (LNG) dünyanın ən böyük istehsalçılarından olan Qətərin hasilatı kəskin azaltması fonunda baş vermişdi.

Statistikaya görə, qazın qiyməti apreldə 14 faiz ucuzlaşıb, mayda 5 faiz bahalaşıb, iyunda isə yenidən 6 faiz azalıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən