Zaxarova emosiyalarını cilovlamağın çətin olduğunu etiraf ETDİ

 22:23 27.07.2026     399

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova emosiyalarını hər zaman cilovlaya bilmədiyini etiraf edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Qvardeysk" Ümumrusiya Gənclər Forumunda çıxışı zamanı danışıb.

Zaxarovanın sözlərinə görə, o, aqressiv davranmır və ictimai çıxışlarında nalayiq ifadələr işlətmir. Bununla belə, qapalı müzakirələr zamanı, çox nadir hallarda emosiyalarına hakim ola bilmədiyini bildirib.

"Bəzən qapalı şəraitdə, bir məsələni dəfələrlə izah etdikdən sonra tam əksi baş verəndə emosional ifadə işlədə bilirəm. Bu, çox nadir olur və buna görə özümü qınayıram", – deyə o bildirib.

Diplomat qeyd edib ki, uşaqlarla bağlı faciələr, İkinci Dünya müharibəsi, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları və insanların həyatını itirməsi ilə bağlı mövzular onun üçün emosional baxımdan ən ağır məsələlərdir.

"Belə məqamlarda boğazım düyünlənir, göz yaşlarımı saxlamaq üçün özümü ələ almağa çalışıram. Məqsədim təkcə səsimin titrəməməsi deyil, ümumiyyətlə ağlamamağı bacarmaqdır", – deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, bu cür çətin anlardan biri həmin gün Rjev şəhərində keçirilən beynəlxalq gündəmə həsr olunmuş brifinq zamanı yaşanıb. Zaxarova bildirib ki, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi ilə bağlı danışarkən çıxışını davam etdirmək onun üçün asan olmayıb.

Diplomat əlavə edib ki, emosiyalarını idarə etməyi ona anasının tövsiyəsi kömək edib. Anası ona həkimlərdən nümunə götürməyi, ən ağır vəziyyətlərdə belə soyuqqanlı davranaraq üzərinə düşən işi yerinə yetirməyi öyrənməyi məsləhət görüb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən