Netanyahu ilə İran məsələsində müəyyən fikir ayrılıqlarımız var - Tramp

 22:39 27.07.2026     377

İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrana qarşı hərbi əməliyyatlar məsələsində müəyyən fikir ayrılıqları var.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib

"Aramızda kiçik fikir ayrılıqları var, amma ümumilikdə mövqelərimiz bir-birinə kifayət qədər yaxındır", – deyə Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib.

ABŞ lideri həmçinin iddia edib ki, İrana endirilən zərbələr iyulun 24-də Tehranın müraciətindən sonra dayandırılıb. Onun sözlərinə görə, İran tərəfi sülh danışıqlarını yenidən başlamağı təklif edib.

Bundan əvvəl isə bəzi KİV-lərdə Tramp və Netanyahu arasında münasibətlərin İranla bağlı gərginlik fonunda soyuduğu barədə məlumatlar yayılmışdı. Həmin iddialara görə, Tramp İsrailin baş nazirindən narazı qaldığını bildirib və onunla görüşmək istəmədiyini ifadə edib. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən