Pentaqon Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı 2029-cu ilədək UZADACAQ
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımın paylanmasını 2029-cu maliyyə ilinə qədər uzatmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Müdafiə Nazirliyinin 2026-cı maliyyə ilinin may ayında Konqres üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp administrasiyası Konqres üzvlərinə təqdim etdiyi məktubda, Kiyevin silah çatışmazlığı ilə üzləşməsinə baxmayaraq, Konqresin Ukraynaya ayırdığı 400 milyon dollarlıq yardımın 2029-cu maliyyə ilinə qədər tam xərclənməyəcəyini qeyd edib.
Qeyd olunub ki, agentliyin məlumatına əsasən, məktubun göndərilməsindən iki ay keçməsinə baxmayaraq, vəsait hələ də ayrılmayıb və ya müvafiq müqavilələr şəklində rəsmiləşdirilməyib. Plana əsasən, 200 milyon dollar silah və sursatın alınmasına, 99,9 milyon dollar müxtəlif avadanlıq və ehtiyat hissələrinin təminatına, 100 milyon dollar isə müdafiə məhsullarının Ukraynaya daşınması xidmətlərinə yönəldiləcək.
Aminə ŞAHSUVARQIZI













