Türk Hava Yolları Minskə uçuşları bərpa edir
Türk Hava Yolları 21 sentyabrda Minskə uçuşları bərpa edəcək.
Redaktor.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Minsk Milli Aeroportunun mətbuat xidməti açıqlama yayıb.
Açıqlamaya görə, 21 sentyabrdan etibarən İstanbul-Minsk-İstanbul marşrutu üzrə müntəzəm uçuşlar həftədə 6 dəfə yerinə yetiriləcək. 6 oktyabrdan etibarən isə uçuşların tezliyi həftədə 7 uçuşa qədər artırılacaq.
Qeyd edək ki, Türk Hava Yollarının Minskə uçuşları 24 fevral 2022-ci ildə dayandırılıb və sonradan dayandırma bir neçə dəfə uzadılıb.













