ABŞ Rusiyanın neft alıcılarına qarşı 100 faizlik rüsum tətbiq edə BİLƏR

 19:27 28.07.2026     370

ABŞ də hər iki partiyanın senatorları Rusiya və İrana qarşı “cəhənnəm sanksiyaları” adlandırılan qanun layihəsi ilə bağlı razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, sənəd İrana qarşı sanksiyaları genişləndirir və ABŞ prezidentinə Rusiyanın ən böyük beş neft və təbii qaz alıcısına qarşı gömrük rüsumları tətbiq etmək səlahiyyəti verir.

Məhdudiyyətlər Rusiyanın yüksəkvəzifəli siyasətçilərinə, hərbi rəhbərlərinə, iş adamlarına və dövlət müəssisələrinə şamil edilə bilər. Rusiya müdafiə-sənaye kompleksini dəstəkləyən xarici şirkətlər də sanksiya siyahısına daxil edilə bilər.

Rusiya enerji resurslarını alan ölkələr üçün isə 100 faizə qədər rüsumların tətbiqi nəzərdə tutulur.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna daha əvvəl bildirib ki, Konqresin hər iki palatasında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması bu məhdudiyyətlərin mütləq tətbiq ediləcəyi anlamına gəlmir.

Onun sözlərinə görə, konqresmenlər mövqelərini nümayiş etdirmək üçün tez-tez müxtəlif qanun layihələri təqdim edirlər və bu, həmin sənədlərin mütləq səsverməyə çıxarılacağı demək deyil.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu qanun layihəsinin qəbul edilməsi “ABŞ-nin öz ayağına atəş açmasına” bərabər olacaq və ilk növbədə Vaşinqtonun özünə zərər vuracaq.

O vurğulayıb ki, Rusiyaya qarşı sanksiya təzyiqlərinin səmərəsizliyi artıq praktiki olaraq sübut olunub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən