Zelenski Tramp ilə “Patriot” raketlərinin istehsalını müzakirə ETDİ

 19:40 28.07.2026     350

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla “Patriot” zenit-raket kompleksi üçün raketlərin istehsalına dair məsələləri müzakirə etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında yazıb.

“Prezident Trampla “Patriot” sistemləri üçün raketlərin istehsalına dair lisenziyaları və kömək edə biləcək bəzi digər ideyaları müzakirə etdik”, – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin Trampla diplomatik prosesin aktivləşdirilməsi məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər gələcək əməkdaşlığın detalları ilə bağlı razılaşma əldə edirlər.

Zelenski Trampla görüşünü “yaxşı” görüş kimi qiymətləndirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən