Ukraynanın İran gəmisinə hücumu aqressiya aktıdır - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın İranın ticarət gəmisinə hücumunu aqressiya aktı adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN-in "Telegram" kanalında məlumat yayılıb.
Zaxarovanın sözlərinə görə, Həştərxandan mülki yük daşıyan İran ticarət gəmisinə Kiyev tərəfindən həyata keçirilən hücum beynəlxalq hüquq normalarını kobud şəkildə pozan aqressiya aktıdır.
Diplomat bildirib ki, bu cür hərəkətlər Kiyevin "terror fəaliyyətinin coğrafiyasını genişləndirmək niyyətini" nümayiş etdirir.
O, həmçinin vurğulayıb ki, İran gəmisinə hücum Xəzər regionu ölkələrinin regional təhlükəsizliyi üçün də təhdid yaradır.
Xədicə BAXIŞLI













