ABŞ Milli Kəşfiyyat İdarəsində əməkdaşların təxminən 30 faizi ixtisar EDİLDİ

 21:19 28.07.2026     295

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini icra edən Bill Pult bildirib ki, son bir neçə həftə ərzində qurumun əməkdaşlarının sayı təxminən 30 faiz azaldılıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gün səhər ixtisarların beşinci və demək olar ki, sonuncu mərhələsini həyata keçiririk. Bununla da əməkdaşların sayı bir neçə həftə əvvəlki göstərici ilə müqayisədə təxminən 30 faiz azaldılıb", – deyə Pult yazıb.

Xatırladaq ki, iyun ayında CNN mənbələrə istinadən xəbər vermişdi ki, Bill Pult Milli Kəşfiyyat İdarəsində genişmiqyaslı ixtisarlara başlayıb.

Məlumata görə, o, vəzifəsinin icrasına nəzərdə tutulandan bir gün əvvəl başlayaraq qurumun bütün əməkdaşlarının siyahısını tələb edib. Pult bildirmişdi ki, ilk növbədə "dərin dövlət" nümayəndələrinin işdən çıxarılması prosesi həyata keçirilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən