Netanyahudan Nyu-York merinin həbs çağırışlarına CAVAB

 11:15 29.07.2026     201

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabr ayında Nyu-Yorka səfər edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, "New York Post" nəşrinin məlumatına görə, Netanyahu Nyu-York meri Zöhran Mamdaninin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında onun həbs edilməli olduğu barədə açıqlamalarına baxmayaraq, səfər planında dəyişiklik olmadığını bildirib.

Bildirilib ki, Baş nazir bu barədə açıqlamasında "Əvvəlcə Nyu-Yorka gedirəm. Mütləq ora gedirəm. Bəzi Nyu-Yorkluları digərlərinə qarşı qoyan nifrət təbliğ edən seçilmiş məmura həqiqəti deyəcəyəm" ifadələrini işlədib.

Məlumata görə, daha əvvəl Nyu-York meri Zöhran Mamdani federal hökumətin dəstəyi olmadan Benyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etdirə bilməyəcəyini etiraf edib. O bildirib ki, şəhər administrasiyası mövcud qanunvericilik çərçivəsində bütün mümkün hüquqi variantları nəzərdən keçirib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp isə bu ehtimalı qətiyyətlə rədd edib. O, "Truth Social" platformasında paylaşım edərək Netanyahunun ABŞ-də olduğu müddətdə heç bir halda həbs olunmayacağını bəyan edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən