Bu ölkədə ilk dəfə qadın spiker SEÇİLDİ

 12:33 29.07.2026     274

Əlcəzair parlamentinin aşağı palatası olan Milli Xalq Məclisi tarixində ilk dəfə qadın spiker seçib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki,  söhbət ölkədəki dördüncü ən yüksək vəzifəli şəxs, Əlcəzair əyalətini təmsil edən allerqoloq və parlament üzvü Xalidə Bufedeşdən gedir.

O, ölkənin müstəqilliyinin başlanğıcında dayanan hökumətyönlü tarixi partiya olan Milli Azadlıq Cəbhəsinin (FLN) üzvüdür.

Məlumata görə, FLN son parlament seçkilərində ən çox sayda - 407 yerdən 91-ni qazanıb. Seçici fəallığı 21,24% təşkil edib ki, bu da indiyə qədər ən aşağı göstəricidir.

Vumart və Güvən reklamı Vumart Güvən