İran səfirliyi Trampla bağlı süni intellekt görüntüsü PAYLAŞDI
İranın Cənubi Afrikadakı səfirliyi ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun ofisiantı kimi təsvir olunduğu süni intellektlə hazırlanmış görüntünü paylaşıb.
Redaktor.az xəbər verir ki, görüntü səfirliyin X sosial şəbəkəsindəki rəsmi hesabında dərc edilib.
Bildirilib ki, fotoda Benyamin Netanyahu masada əyləşib, onun arxasında isə ofisiant geyimində təsvir olunan Donald Tramp stulu tutur. Paylaşımda "Xoş gəlmisiniz, cənab. Həmişəki kimi limitsiz maliyyələşdirmə istəyirsiniz?" ifadəsi yer alıb.
Qeyd olunub ki, paylaşım ABŞ Prezidenti Donald Trampın iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşlərdən sonra edilib. Tramp həmin görüşləri "çox yaxşı" kimi qiymətləndirmişdi.
Aminə ŞAHSUVARQIZI













