Rusiyadan Zelenskinin Krımla bağlı açıqlamasına REAKSİYA

 16:44 29.07.2026     283

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Krımın statusu ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, deputat lenta.ru nəşrinə açıqlamasında Krımın Rusiyanın nəzarətində qalacağını və Ukraynanın yarımadaya nəzarəti bərpa edə bilməyəcəyini iddia edib.

Bildirilib ki, Volodimir Zelenski daha əvvəl Krımın geri qaytarılmasının hazırda gündəmdə olmadığını, əsas məqsədin isə Ukrayna xalqını qorumaq olduğunu söyləmişdi.

Kolesnik isə Zelenskinin bu fikirlərini tənqid edərək, Rusiyanın Krımı bütün mümkün vasitələrlə müdafiə edəcəyini, o cümlədən Ukraynanın hərbi infrastrukturuna qarşı qabaqlayıcı zərbələr endirməyə hazır olduğunu bildirib.

Deputat əlavə edib ki, Krımın tarixən Rusiyaya məxsus olduğunu düşündüyünü və yarımadanın gələcəkdə də Rusiyanın nəzarətində qalacağını iddia edib.

Qeyd edək ki, Ukrayna daha əvvəl cəbhədəki vəziyyəti yaxşılaşdırmaq məqsədilə Krım və Rusiyanın nəzarətində olan digər ərazilərdə hərbi hədəflərə zərbələr endirdiyini açıqlamışdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən