Paşinyandan Putinin onu təbrik etməməsinə REAKSİYA

 16:58 29.07.2026     281

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı zamanı onu son parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməməsinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

"İstəmədi, təbrik etmədi. Amma onda belə bir sual ortaya çıxır: bəs o zaman (telefon söhbəti zamanı) kiminlə danışırdı?", - Paşinyan vurğulayıb.

Ermənistan Baş naziri Rusiya liderinin təbrik etməməsinin onun üçün nə qədər önəmli olub-olmaması ilə bağlı suala cavab verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən