“Biz onları amansızcasına vuracağıq" - Tramp

 16:58 29.07.2026     276

ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən Amerika hərbçilərinə qarşı raket hücumuna görə İrana yeni zərbələr endiriləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a açıqlamasında danışıb.

Amerika lideri İranın mümkün cavab zərbələrinə münasibət bildirərkən sərt ifadələr işlədib:

“Biz onları amansızcasına vuracağıq. Onlar bunun bütün zərbəsini çəkəcəklər”.

Trampın sözlərinə görə, ABŞ-nin İrana qarşı yeni hücumları iyulun 28-də gecə saatlarında İordaniyada yerləşən Amerika qoşunlarını hədəf alan İranın ballistik raket hücumuna cavab olacaq.

ABŞ Prezidenti bildirib ki, hərbi qarşıdurmaya baxmayaraq, Tehranla danışıqlar davam etdiriləcək.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən