Netanyahu ABŞ-də növbəti yüksək səviyyəli görüşünü keçirəcək

 17:12 29.07.2026     290

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində növbəti yüksək səviyyəli görüşünü ABŞ-nin müdafiə naziri Pit Heqsetlə keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Axios jurnalisti Barak Ravid X sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Netanyahu ardıcıl üçüncü gündür ABŞ rəhbərliyi ilə danışıqlar aparır. Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyulun 29-da İsrailin baş naziri ilə görüş keçirib, növbəti görüş isə Pit Heqsetlə planlaşdırılıb.

Qeyd olunub ki, Benyamin Netanyahu daha əvvəl ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü "əla" adlandırıb. Onun sözlərinə görə, danışıqlar tam tərəfdaşlıq şəraitində keçib və əsas diqqət İranın nüvə silahına sahib olmasının qarşısının alınmasına yönəlib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən