Fransada havanın temperaturu rekord həddə ÇATDI

 21:00 29.07.2026     294

Avropanı isti hava dalğası bürüyüb.

Redaktor.az xəbər verir ki, bu haqda “Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakovanın teleqram kanalında məlumat verib.

Bildirilib ki, İspaniyada temperatur 41°C-yə çatıb.

Ən yüksək temperatur İspaniyanın Toledo şəhərində qeydə alınıb. Fransanın Bordo şəhərində hava temperaturu rekord həddə – 37,1°C-yə yüksəlib (bu, 1921-ci ildə qeydə alınmış 35,8°C-lik əvvəlki rekordu üstələyib). Bununla belə, həmin bölgədə yüksək temperaturlar tez-tez meşə yanğınları ilə müşayiət olunur. Yaxın günlərdə Fransada istilərin bir qədər azalacağı gözlənilir, lakin hələlik yağıntı proqnozlaşdırılmır.

Vumart və Güvən reklamı Vumart Güvən