Ukraynaya məxsus F-16 qırıcısı döyüş uçuşu zamanı qəzaya uğradı

 23:38 29.07.2026     321

Ukrayna Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı döyüş uçuşu zamanı qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı "Telegram" kanalında məlumat yayıb.

Hadisə iyulun 29-da, çərşənbə günü baş verib. Bildirilir ki, pilot hava hədəflərinin qarşısının alınması üzrə döyüş tapşırığını yerinə yetirərkən təyyarədə naməlum "qeyri-standart vəziyyət" yaranıb.

Pilot katapult etməyə nail olub və xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində mülki əhali arasında ölən olmayıb, dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya istehsalı olan "Geran-2" kamikadze dronlarının rəqib aviasiyasına qarşı mübarizə aparmaq üçün müasir "Verba" daşınan zenit-raket kompleksləri ilə təchiz edildiyi barədə məlumat yayılmışdı. Bu komplekslərin hədəfləri məhv etmə məsafəsinin təxminən 6000 metr olduğu bildirilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən