Hakan Fidan HƏMAS nümayəndə heyətini qəbul ETDİ
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Hakan Fidan HƏMAS-ın Siyasi Büro rəhbəri vəzifəsinə seçilən Xəlil əl-Həyyəni təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.













