İrana qarşı zərbələr başa çatdırıldı

 09:59 30.07.2026     194

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İrana qarşı yeni hücum dalğası tamamlanıb.

Redaktor.az xəbər verir ki, əməliyyat çərşənbə axşamı İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi raket hücumuna cavab olaraq keçirilib. ABŞ ordusu İrandakı hədəflərə qarşı “güclü hücum dalğası”nı başa çatdırıb.

CENTCOM sosial media hesabında yayımladığı açıqlamada ABŞ qüvvələrinin İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus onlarla hədəfi vurduğunu bildirib.

Açıqlamaya əsasən, zərbələrin hədəfində hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz uçuş aparatı qurğuları, sahil müşahidə və müdafiə sistemləri, eləcə də dəniz imkanları olub.

ABŞ Mərkəzi Komandanlığı hücumlar zamanı ümumilikdə neçə hədəfin vurulduğu barədə əlavə məlumat verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən