Rusiya gecəboyu Ukraynaya zərbələr ENDİRİB

 10:28 30.07.2026     209

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukrayna ərazisində yerləşən hərbi infrastruktura qarşı genişmiqyaslı zərbələr endirib.

Redaktor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyat zamanı dəniz, hava və quru bazalı yüksək dəqiqlikli uzaqmənzilli silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

Bildirilib ki, hücumlar Kiyev və Lvov şəhərləri, həmçinin İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromlara, müdafiə sənayesi müəssisələrinə, hərbi telekommunikasiya qovşaqlarına və logistika mərkəzlərinə yönəldilib.

Nazirliyin açıqlamasına əsasən, hədəfə alınan obyektlər raket sistemləri və PUA-ların istehsalı, saxlanılması və daşınması, eləcə də hava məkanına nəzarət sistemlərinin idarə olunması üçün istifadə edilirdi.

Məlumata görə, hücumlar zamanı "Yujnıy" limanında yerləşən bir quru yük gəmisi, eləcə də Odessa vilayətinin şərq və cənub istiqamətlərində silah və hərbi texnika daşıdığı iddia edilən daha iki gəmi də zərərsizləşdirilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən