ABŞ-nin İrana yeni hücumu ilə bağlı AÇIQLAMA

 10:27 30.07.2026     232

ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hücumun genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması anlamına gəlmədiyi bildirilib.

Redaktor.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən bu barədə məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ rəsmisi hücumun əvvəlkilərlə müqayisədə daha böyük miqyasda olduğunu bildirib.

Lakin rəsmisinin sözlərinə görə, bu hücum ABŞ-nin tammiqyaslı döyüşlərə qayıtması kimi qiymətləndirilməməlidir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən