Zelenski Rusiyanın gecə hücumundan danışdı: "Bütün tərəfdaşlar kömək etməlidir"

 10:33 30.07.2026     196

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın gecə saatlarında ölkəyə həyata keçirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumuna münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında paylaşım edib.

O bildirib ki, Rusiyanın raket təhdidindən müdafiə olunmaq Ukrayna üçün həyati əhəmiyyət daşıyır və bu məsuliyyət təkcə bir ölkənin üzərinə düşə bilməz.

"Rusiyanın raket təhdidindən müdafiə olunmaq çox vacib bir vəzifədir. Bu, təkcə Ukraynanın və ya yalnız bir ölkənin məsuliyyəti ola bilməyən bir vəzifədir. Bütün tərəfdaşlar necə və hansı yolla kömək edə biləcəklərini bilirlər", – deyə Zelenski vurğulayıb.

Bildirilib ki, iyulun 30-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində Kiyevdə güclü partlayışlar baş verib, şəhərin bir neçə rayonunda yanğınlar qeydə alınıb.

Zelenskinin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkassı və İvano-Frankivsk vilayətlərini də əhatə edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən