ABŞ-nin zərbəsi nəticəsində SEPAH-ın üç hərbçisi həlak oldu

 16:11 30.07.2026     262

İranın şimal-qərbində yerləşən Zəncan əyalətinə ABŞ tərəfindən endirilən zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbçisi həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi açıqlamada məlumat verilib.

"Bildirilib ki, bu səhər Zəncan əyalətinə ABŞ-ın həyata keçirdiyi hücum nəticəsində SEPAH-ın üç hərbçisi həlak olub", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, İran daha əvvəl ABŞ-nin son hücumlarına cavab olaraq İordaniyada yerləşən Əl-Əzraq hərbi hava bazasına zərbə endirdiyini açıqlamışdı. Tehran həmçinin hücum zamanı üç F-35 qırıcı təyyarəsinin məhv edildiyini iddia edib.

İran tərəfi bu əməliyyatın ABŞ-nin Qeşm adasına endirdiyi hava zərbəsinə cavab olduğunu bildirib. Rəsmi Tehran bölgədəki ABŞ hərbi mövcudluğuna qarşı fəaliyyətini davam etdirəcəyini də bəyan edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən