Paşinyanın arvadının paylaşımı ilə bağlı cinayət işi AÇILDI

 20:09 30.07.2026     427

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın paylaşımı ilə bağlı cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Bir nəfər axtarışa verilib və onun həbsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Anna Akopyan bir nəfər tərəfindən ölüm təhdidi aldığını demiş və dövlətdən qorunmasını tələb etmişdi. 

Vumart və Güvən reklamı Vumart Güvən