İtaliyada turistlərdən 500 min avroluq oğurluq
İtaliyada rusdilli turistlərin 500 min avro dəyərində əşyaları oğurlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "TourDom" məlumat yayıb.
Hadisə İtaliyanın Piza şəhərində baş verib. Turoperatorun məlumatına görə, turistlər əşyalarını ödənişli dayanacaqda saxladıqları avtomobildə qoyaraq şəhəri gəzməyə çıxıblar.
Onlar geri qayıdanda avtomobilin şüşəsinin sındırıldığını görüblər. Nəticədə içəridən paltarlarla dolu dörd çamadan və bir bel çantası oğurlanıb.
Zərərçəkənlərə polisə ərizə yazmaqda kömək edən bələdçi bildirib ki, oğrular "alt paltarlarına qədər hər şeyi aparıblar".
Turistlərin pul və sənədləri özlərində olduğundan onlar oğurlanmayıb. Lakin qiymətli əşyaların itirilməsi nəticəsində ümumi zərərin 500 min avro təşkil etdiyi bildirilir.
Xədicə BAXIŞLI













