ABŞ Rusiyanın şirkətinə və daha 4 quruma sanksiya tətbiq ETDİ

 22:43 30.07.2026     333

ABŞ İranın Mahan Air aviaşirkəti ilə əlaqəli olduğu iddia edilən Rusiya şirkəti və daha dörd hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, sanksiyalar Moskvada yerləşən Air Cargo Pro nəqliyyat şirkətinə, həmçinin İran, Çin və Hindistanda fəaliyyət göstərən daha dörd şirkətə şamil olunub. Bundan başqa, Çin Xalq Respublikasının bir vətəndaşı da sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslər ABŞ-ın sanksiya siyahısında yer alan İranın Mahan Air aviaşirkəti ilə əməkdaşlıq ediblər.

Sanksiyalar həmin şəxslərin və şirkətlərin ABŞ-də yerləşən aktivlərinin dondurulmasını, həmçinin ABŞ vətəndaşları və şirkətlərinin onlarla hər hansı biznes əlaqəsi qurmasının qadağan edilməsini nəzərdə tutur.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən