Qazaxıstan Rusiya neftini öz zavodlarında emal edə bilər
Qazaxıstan Rusiya neftinin öz zavodlarında emalı ilə bağlı Moskva ilə danışıqlar aparır.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Qazaxıstanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiya mənşəli neftin emalı və əldə olunan məhsulların bir hissəsinin Qazaxıstan daxilində satışı, digər hissəsinin isə Rusiyaya ixracı ilə bağlı müzakirələr aparılır.
"Rusiya mənşəli neftin emalı, əldə edilən məhsulların Qazaxıstanda satışı və məhsulun bir hissəsinin Rusiya Federasiyasına ixracı ilə bağlı danışıqlar davam edir", – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, emal həcmi, əməkdaşlıq şərtləri və danışıqlarda iştirak edən müəssisələrin adları açıqlanmayıb.
Xədicə BAXIŞLI













