Zelenskidən Ukraynanın itkiləri ilə bağlı AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müharibədə verdiyi itkilərlə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Zelenski "Fox News" telekanalına müsahibəsində Ukrayna tərəfinin döyüş meydanında təxminən 50 min hərbçi itirdiyini bildirib.
Ukrayna liderinin sözlərinə görə, təxminən 400 min Ukrayna ordusu hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb.
Zelenski itkin düşmüş hərbçilərin sayı ilə bağlı məlumat verməkdən imtina edib. O bildirib ki, bu cür məlumatların açıqlanması Rusiya tərəfinə Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti barədə əlavə məlumat verə bilər.
Aminə ŞAHSUVARQIZI













