Krım körpüsü ilə yanacaq daşınmasına yeni məhdudiyyət tətbiq OLUNDU
Avqustun 4-dən etibarən Krım körpüsü ilə yanacağın daşınmasına yeni məhdudiyyətlər tətbiq olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Krım körpüsünün operativ məlumatlarını paylaşan "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, bundan sonra yanacağın daşınmasına yalnız yanar mayelərin saxlanılması və daşınması üçün nəzərdə tutulmuş xüsusi sertifikatlı kanistrlərlə icazə veriləcək.
Qaydalara əsasən, yalnız polad, alüminium və ya xüsusi plastikdən hazırlanmış, həcmi 40 litrdən çox olmayan kanistrlərdən istifadə etmək mümkün olacaq. Kanistrlər maksimum 95 faizədək doldurulmalı, üzərində sızma və ya xarici zədələr olmamalıdır.
Bundan əlavə, bir avtomobillə ümumilikdə 200 litrdən artıq yanacaq daşınmasına icazə verilməyəcək.
Xədicə BAXIŞLI













