"Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır və bunu gizlətmir"

 22:43 31.07.2026     323

"Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır və bunu gizlətmir".

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Diplomat Almaniya və Fransanın planlaşdırdığı birgə hərbi təlimləri şərh edərkən bildirib ki, Avropa dövlətləri Rusiya ilə mümkün müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan edirlər.

"Avropalılar Rusiya ilə müharibəyə hazırlaşırlar və bunu gizlətmirlər. Onlar bu barədə açıq danışırlar", – deyə Qruşko bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Dmitri Polyanski Avropa ilə Rusiya arasında münaqişənin 2030-cu ildən əvvəl başlaya biləcəyini iddia etmişdi. Onun sözlərinə görə, Avropa ölkələri hazırda məqsədyönlü şəkildə müharibəyə hazırlaşır və buna əsas kimi Rusiyanın guya təcavüzkar olduğu barədə narrativdən istifadə edirlər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən