"Gürcüstanda bir sıra təhdidlərin qarşısı alınıb" - Kobaxidze

 16:33 01.08.2026     369

Gürcüstanda terrorizmə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb. Qabaqlayıcı tədbirlər nəticəsində bir sıra təhdidlərin qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə tədbirləri milli təhlükəsizliyin ayrılmaz hissəsidir: "Gürcüstan cəmiyyəti bu istiqamətdə aktiv işin nəticələrini hər gün görür. Gürcüstan hökuməti hər cür korrupsiya cinayətinə qarşı barışmaz olmağa davam edəcək və hər kəs qanun qarşısında ciddi şəkildə məsuliyyət daşıyacaq".

Vumart və Güvən reklamı Vumart Güvən