İranda mis mədənində partlayış baş VERDİ

 21:02 01.08.2026     335

İranın Mərkəzi ostanının Dəlican şəhərində yerləşən mis mədənində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Mərkəzi ostanının Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə bu gün günorta saatlarından əvvəl qeydə alınıb.

Partlayış nəticəsində 2 fəhlə həlak olub, xəsarət alanlar isə xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən