İsrail HƏMAS-ın silah anbarlarına zərbələr ENDİRDİ
İsrail Qəzza zolağında HƏMAS-a məxsus silah anbarlarına növbəti hava zərbələri endirdiyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı ümumilikdə beş silah anbarı hədəfə alınıb.
İsrail ordusunun məlumatına görə, anbarlarda "Kalaşnikov" avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatı və digər hərbi təyinatlı avadanlıqlar saxlanılırdı.













