Ermənistanın Baş naziri postuna yenidən Paşinyanın namizədliyi irəli sürüldü
Ermənistanda parlament seçkiləri ilə əlaqədar yeni formalaşacaq hökumətin baş naziri postuna namizəd irəli sürülüb.
Redaktor.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.













