Yol kənarında dəhşətli anlar - Ayı kişini dişlədi
Rumıniyada ayı magistral yolun kənarında dayanan kişiyə hücum edib.
Redaktor.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Rumıniyanın dağlıq ərazisində baş verib.
Məlumata görə, kişi yolun kənarında dayanarkən ayı ona arxadan yaxınlaşıb. Yırtıcı bir müddət kişinin ayağını iylədikdən sonra qəfil onun baldırından dişləyib.
Kişi isə ayını təhrik etməmək üçün hərəkətsiz dayanıb.
Hadisəni yaxınlıqdan keçən avtomobilin sürücüsü görüb. O, ayını uzaqlaşdırmaq üçün avtomobili yırtıcıya tərəf sürüb. Bundan sonra ayı qorxaraq kişidən uzaqlaşıb və qaçmağa başlayıb.
Aytəkin TOFİQQIZI













