Rusiya bu ölkədən quşçuluq məhsullarının idxalını qadağan ETDİ

 21:51 03.08.2026     393

Rusiya Kambocadan quşçuluq məhsullarının idxalını qadağan edib.

Redaktor.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) avqustun 3-dən etibarən Kambocadan diri quşların, inkubasiya yumurtalarının, quş ətinin, hazır ət məhsullarının və tərkibində quş məhsulları olan bütün növ məhsulların idxalını dayandırıb.

Qərarın Kambocada Nyukasl xəstəliyi virusu ilə bağlı epizootik vəziyyətin pisləşməsi səbəbindən qəbul edildiyi bildirilib.

Qadağa yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun emaldan keçərək virusun məhv edilməsini təmin edən məhsullara şamil edilmir.

Məhdudiyyətlər həmçinin quşlar üçün yem və yem əlavələrinə, quşların saxlanılması, kəsimi və emalı üçün istifadə olunmuş avadanlıqlara, eləcə də fiziki şəxslərin şəxsi istifadə məqsədilə əl yükü və baqajında daşıdığı zavod qablaşdırmalı heyvan mənşəli məhsullara da aiddir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən