Zelenski UNESCO-dakı daimi nümayəndəni vəzifədən azad ETDİ

 22:11 03.08.2026     391

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın UNESCO yanında daimi nümayəndəsi Vadim Omelçenkonu vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Məlumata görə, Zelenskinin imzaladığı qərarla Vadim Omelçenko Ukraynanın UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Omelçenko bu vəzifəyə 23 noyabr 2020-ci ildə təyin olunmuşdu. O, 2021-ci ilin aprel ayından etibarən Ukraynanın Monakodakı səfiri kimi də fəaliyyət göstərir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən