İran ABŞ qarşısında üstünlük qazandığına inanır

 10:23 04.08.2026     245

İran rəhbərliyi ABŞ ilə davam edən qarşıdurmada üstün mövqedə olduğuna inanır.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə danışan analitik Mona Yakubyan bildirib.

Onun sözlərinə görə, Tehranın bu qənaətə gəlməsinin əsas səbəbi ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı səsləndirdiyi sərt təhdidlərin bir qismini sonradan həyata keçirməməsidir.

"Tramp hər dəfə təhdidlərindən geri çəkildikdə, bu, İrana ABŞ-nin zəif olduğu və İranın bu münaqişədə üstünlüyə malik olduğu mesajını verir", – deyə Yakubyan vurğulayıb.

Analitik hesab edir ki, Vaşinqtonun bu cür addımları İran rəhbərliyinin öz imkanlarına və danışıqlardakı mövqeyinə inamını gücləndirə bilər.

Bildirilib ki, İran rəhbərliyi daha əvvəl ABŞ ilə münasibətlərdə çeviklik nümayiş etdirmək üçün atdığı addımların gözlənilən nəticəni vermədiyi qənaətinə gəlib. Rəsmi Tehran hesab edir ki, həmin cəhdlər yalnız ölkənin danışıqlar prosesindəki mövqeyini zəiflədib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən