Kolumbiyada terror təhlükəsi: Onlarla ton partlayıcı aşkarlandı
Kolumbiya Prezidenti Qustavo Petro ölkədə mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial media hesabında paylaşım edib.
Məlumata görə, Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq seçilmiş prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində onlarla ton partlayıcı maddənin ola biləcəyini bildirib.
Qeyd olunub ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplaşmalar ölkədə fövqəladə vəziyyət elan edilməsinə səbəb olmaq üçün terror aktları törətməyə hazırlaşa bilər.
Prezident Kali şəhərində böyük həcmdə partlayıcı maddələrin olması ilə bağlı məlumat əldə edildiyini vurğulayıb.
Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Andiçmə mərasiminin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərdə genişmiqyaslı xüsusi əməliyyat keçiriləcək.
Rəsmi məlumatlara əsasən, mərasim zamanı təhlükəsizliyin təmin olunması üçün 11 mindən çox polis və hərbçinin cəlb ediləcəyi gözlənilir.
Aminə ŞAHSUVARQIZI













