Qonşu ölkədə də zəlzələ OLDU

 13:15 04.08.2026     214

İranın Hörmüzqan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı saat 01:45 radələrində əyalətin Fərğan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən