Gigi Hadid EVLƏNİB?
Aktyor Bradley Cooper və model Gigi Hadidin evlənməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Redaktor.az bu haqda "Page Six"ə istinadla məlumat verir.
51 yaşlı aktyor və 31 yaşlı model Fransanın paytaxtı Parisdə birlikdə görüntülənib. Onların hər ikisinin sol əlinin üzük barmağında eyni dizaynda nazik üzüklər olması diqqət çəkib.
Bu görüntülər cütlüyün artıq evlənə biləcəyi ilə bağlı ehtimalları artırıb.
Bununla belə, Cooper və Hadidin nümayəndələri onların evlənib-evlənmədiyi barədə hələlik açıqlama verməyiblər.
Aytəkin TOFİQQIZI













