Ayrılıqdan sonra inanılmaz dəyişiklik: 44 kiloqram arıqladı
Şotlandiya sakini Kara Maklellan 44 kiloqram arıqlayaraq həyat tərzini tamamilə dəyişib.
Redaktor.az xəbər verir ki, onun hekayəsini “The Sun” yayıb.
Maklellan bildirib ki, uşaqlıqdan bədən quruluşuna görə özünəinam problemi yaşayıb və əsasən geniş paltarlar geyinib. 2023-cü ildə sevgilisindən ayrıldıqdan sonra arıqlamaq qərarına gəlib. Həmin vaxt onun çəkisi 105 kiloqram olub.
Qadın ayrılıqdan sonra stress səbəbindən müəyyən qədər çəki itirib. Daha sonra isə qidalanmasına və fiziki aktivliyinə diqqət etməyə başlayıb. Yağlı qidalardan uzaq durub, proteinlə zəngin məhsullara üstünlük verib və həftədə üç dəfə idman zalına gedib.
2025-ci ilin mayında isə dərisinin sallanmasından narahat olduğu üçün liposaksiya, qarın gərmə və döş qaldırma əməliyyatları keçirib. Onun sözlərinə görə, əməliyyat zamanı təxminən 15 kiloqram dəri və 5 litr yağ çıxarılıb.
Maklellan dəyişiklikdən sonra özünü daha enerjili və özünəinamlı hiss etdiyini bildirib.
Aytəkin TOFİQQIZI













