Londonda son 155 ilin ən quraq iyul ayı qeydə ALINDI
Londonda son 155 ilin ən quraq iyul ayı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, Britaniya paytaxtında iyul ayı ərzində bir damcı belə yağış yağmayıb. Bu, şəhərdə meteoroloji müşahidələrin aparıldığı son 155 ildə ilk belə haldır.
Məlumata görə, Kyu Kral Botanika Bağındakı meteoroloji stansiyada 1871-ci ildən bəri ilk dəfə olaraq iyul ayı ərzində yağıntı qeydə alınmayıb.
Böyük Britaniyanın dövlət meteorologiya xidməti yaxın həftələrdə də güclü və uzunmüddətli yağışların gözlənilmədiyini bildirib.
Qeyd edək ki, son günlər Avropada davam edən quraqlıq bir sıra ölkələrdə ciddi fəsadlara səbəb olub. Daha əvvəl Almaniyada Reyn çayının su səviyyəsinin rekord həddə enməsi, Serbiyada isə Dunay çayının dayazlaşması fonunda əhaliyə su və elektrik enerjisinə qənaət etmələri tövsiyə edilmişdi.
Xədicə BAXIŞLI













